Müdafiə Nazirliyinin nümayəndə heyəti gənc əsgərlərlə görüş keçirib
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi tərəfindən müxtəlif bölmələrdə xidmət edən gənc əsgərlərlə görüşlər keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Tədbirlərdə əsas diqqət hərbi kollektivlərdə milli-mənəvi dəyərlərimizin təbliğinə, mənəvi-psixoloji vəziyyətin, sosial problemlərin öyrənilməsinə, hüquq qaydaları və hərbi intizamın möhkəmləndirilməsi məsələlərinə yönəldilib.
Keçirilən görüşlərdə hərbi xidmətə yeni gəlmiş hərbi qulluqçuların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların hərbi xidmətə adaptasiyası, şəxsi heyətin normalara uyğun keyfiyyətli qidalanması, xidmət prosesində şəxsi heyətin sağlamlığının qorunması məqsədilə təhlükəsizlik qaydalarına düzgün əməl olunması məsələləri diqqət mərkəzində olub.
Görüşlər zamanı hərbi intizamın möhkəmləndirilməsində, döyüş növbətçiliyinin aparılmasında əsgəri qardaşlıq və dostluğun, qarşılıqlı münasibətlərin nizamnamələr çərçivəsində qurulmasının rolu və əhəmiyyəti barədə maarifləndirici söhbətlər aparılıb, bir sıra mədəni-kütləvi tədbirlər keçirilib.
Tədbirlər çərçivəsində, həmçinin fərdi qaydada söhbətlər aparılıb, gənc əsgərləri maraqlandıran suallar cavablandırılıb.
Teqlər:
"M\u00fcdafi\u0259 Nazirliyinin n\u00fcmay\u0259nd\u0259 hey\u0259ti g\u0259nc \u0259sg\u0259rl\u0259rl\u0259 g\u00f6r\u00fc\u015f ke\u00e7irib"