07 Fevral 2023, 19:40
Zelenski: " Ukraynalı mütəxəssislər ən qısa müddətdə Türkiyədə olacaqlar "
Zelenski: " Ukraynalı mütəxəssislər ən qısa müddətdə Türkiyədə olacaqlar " şəkil
Zelenski: " Ukraynalı mütəxəssislər ən qısa müddətdə Türkiyədə olacaqlar "

Prezident Volodimir Zelenski Prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanın Ukraynanın axtarış-xilasetmə qrupunun Türkiyə xalqına kömək etmək üçün yola düşdüyünü və lazımi avadanlıqların göndərildiyini söyləyib.

"Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ukraynanın dövlət başçısı türkiyəli həmkarına dəhşətli zəlzələ hadisəsi ilə əlaqədar başsağlığı verib.

Vurğulanıb ki, Zelenski zəlzələ nəticəsində ölkədə baş vermiş fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılmasına kömək etmək məqsədilə Türkiyəyə humanitar yardım göstərmək qərarına gəldiyini türkiyəli həmkarına çatdırıb: “Ukraynalı mütəxəssislər təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında müvafiq təcrübəyə malikdirlər və ən qısa müddətdə zərər çəkmiş rayonlara çatacaqlar. Onlar zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün işlərə kömək edəcəklər”.

Son xəbərlər
ABL: "Neftçi" "Abşeron"u məğlub etdi
Prezident İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verib
Pezeşkian partlayış olan əraziyə gedəcək
İsrail və HƏMAS arasında atəşkəs danışıqlarında irəliləyiş var
Azərbaycan cüdoçuları Avropa çempionatında 5 medal qazandı
Hakan Fidan: İŞİD kimi PKK-da sıradan çıxacaq
ABŞ və İran arasında növbəti danışıqlar Avropada keçiriləcək
9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib - YENİLƏNİB