Menyu

Bələdiyyə gəlirlərinin artırılması üzrə müsbət nəticələr əldə olunub

Bələdiyyə gəlirlərinin artırılması üzrə müsbət nəticələr əldə olunub

Bələdiyyələr tərəfindən onların iqtisadi dayanıqlığının təmin olunması üçün yerli büdcə gəlirlərinin artırılması istiqamətində davamlı işlər görülür. Bu məqsədlə uçotdan kənarda qalan vergitutma obyektlərinin uçota alınması, habelə vergi borcları üzrə inzibati akt qəbul edilərək məcburi icraya yönəldilməsi üçün zəruri addımlar atılır.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, nazirlik tərəfindən yerli özünüidarəetmə orqanlarının nümayəndələri ilə aparılan mütəmadi maarifləndirmə tədbirləri, eləcə də Bələdiyyələrin Milli assosiasiyalarının bu prosesdə yaxından iştirakı bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşmasına əhəmiyyətli təsir göstərməkdədir. Belə ki, hazırda yerli büdcə gəlirlərinin artırılması üzrə müsbət nəticələr əldə olunub.

Dövlət Statistika Komitəsinin 2024-cü il üzrə bələdiyyə orqanının büdcəsinin icrası barədə məlumatına əsasən, ölkə üzrə bələdiyyələrin büdcə gəlirləri əvvəlki illə müqayisədə təxminən 7.9 milyon manat (14.4 faiz) artaraq ilk dəfə 63 milyon manata yaxın olub.

2024-cü il üzrə yerli büdcələrə vergilərdən daxilolmalar əvvəlki illə müqayisədə 4.6 milyon manat (20.2 faiz) çoxdur.

Bakı bələdiyyələri üzrə yerli büdcə gəlirləri əvvəlki illə müqayisədə 3.2 milyon (19.8 faiz) artaraq 20 milyon manata yaxın olub.

Ümumilikdə 2024-cü ildə bələdiyyələrin 63 milyon manat büdcə gəlirlərindən 20 milyon manata yaxın vəsait Bakı bələdiyyələrinin payına düşür. Bu da ümumi büdcə gəlirlərinin 31.8 faizini təşkil edir.

Yerli özünüidarəetmə institutuna dövlət qayğısının təzahürü olaraq ötən il bələdiyyələrə dövlət büdcəsindən 8 milyon manata yaxın dotasiya və subvensiya ayrılıb.

Teqlər:

"B\u0259l\u0259diyy\u0259 g\u0259lirl\u0259rinin art\u0131r\u0131lmas\u0131 \u00fczr\u0259 m\u00fcsb\u0259t n\u0259tic\u0259l\u0259r \u0259ld\u0259 olunub"

Əlaqəli Xəbərlər