Menyu

ADY Qeyri-sabit hava şəraitinin fəsadlarını aradan qaldırıb

Əsəd Abbaslı
ADY Qeyri-sabit hava şəraitinin fəsadlarını aradan qaldırıb

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qeyri-sabit hava şəraiti ilə əlaqədar yaranan problemləri operativ şəkildə aradan qaldırıb.

Operativ Media bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Bildirilir ki, şəhər saatlarında güclü külək və aramsız yağış səbəbindən ağacın kontakt şəbəkənin üzərinə aşması, bəzi sahələrdə su yığılması və elektrik enerjisinin kəsintisinə görə gecikmələr olsa da, ADY bütün resurslarını səfərbər edərək yaranmış çətinliklərin aradan qaldırılmasını təmin edib.

"Ərazilərə əlavə işçi qüvvəsi, su nasosları və müvafiq avadanlıqlar cəlb edilərək operativ tədbirlər görülüb. Gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirən ADY-nin əməkdaşları tərəfindən bütün ərazilərə nəzarət edilir", - məlumatda deyilir.

Teqlər:

"ADY Qeyri-sabit hava \u015f\u0259raitinin f\u0259sadlar\u0131n\u0131 aradan qald\u0131r\u0131b"

Əlaqəli Xəbərlər