Menyu

Maksimum bal toplayan Ağsu məktəblisi

Əsəd Abbaslı
Maksimum bal toplayan Ağsu məktəblisi

Xəbər verdiyimiz kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 9-u keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

Operativ Media xəbər verir ki, imtahan iştirakçıları arasında 20 nəfər 300 bal toplayaraq ən yüksək nəticəni göstərib. Onlardan 10-u qız, 10-u isə oğlandır. 

300 bal toplayanlardan biri də Rəhimova Xədicə Toğrul qızıdır.

O, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon İlxıçı kənd tam orta məktəbinin XI sinif şagirdidir. 

Xədicə 9 mart tarixində keçirilmiş buraxılış imtahan nəticəsinə əsasən, maksimum nəticə göstərərək 300 bal toplayıb.

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunub.

Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.

Teqlər:

"Maksimum bal toplayan A\u011fsu m\u0259kt\u0259blisi"

Əlaqəli Xəbərlər