Menyu

XİN Başlıbel qətliamı ilə bağlı paylaşım edib

Nərmin Qocamanlı
XİN Başlıbel qətliamı ilə bağlı paylaşım edib

"32 il əvvəl, 18 aprel 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Kəlbəcəri işğalı zamanı, Başlıbel kəndindən olan 18 azərbaycanlı mülki şəxs, kəndin dağıdılmasından sonra 18 gün boyunca sığındıqları dağ mağaralarında tapılaraq amansızcasına qətlə yetirildi. 14 nəfər isə girov götürüldü".

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin "X" hesabında Başlıbel faciəsinin ildönümü ilə bağlı edilən paylaşımda deyilir.

"Bu qətliam Ermənistanın azərbaycanlıları doğma torpaqlarından qovmağa və ərazi iddialarını irəli sürməyə yönəlmiş uzunmüddətli etnik təmizləmə, terror və təcavüz siyasətinin bir hissəsi idi.

Başlıbel qətliamı qurbanlarının xatirəsini ehtiramla yad edirik və belə bəşəri cinayətlərin unudulmamalı və cəzasız qalmamalı olduğunu bir daha bəyan edirik", - paylaşımda qeyd olunub.

Teqlər:

"X\u0130N Ba\u015fl\u0131bel q\u0259tliam\u0131 il\u0259 ba\u011fl\u0131 payla\u015f\u0131m edib"

Əlaqəli Xəbərlər