Menyu

Bakıda evdən 17 min manatlıq oğurluq edilib

Nərmin Qocamanlı
Bakıda evdən 17 min manatlıq oğurluq edilib

Xətai rayonu ərazisində yerləşən evlərin birindən ümumilikdə 17000 manatdan artıq pul vəsaiti və qızıl-zinət əşyaları naməlum şəraitdə oğurlanıb. Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – 35 yaşlı R.Şirinov və 33 yaşlı R.Abdullayev müəyyən olunaraq saxlanılıb.

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, sumqayıt şəhərində isə bir nəfər polisə müraciət edərək icarədarı olduğu mağazadan mobil telefonunun oğurlanmasını bildirib. Əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı A.Əliyev saxlanılıb. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs şəhər ərazisində digər bir nəfərə məxsus mobil telefonu da dələduzluq yolu ilə ələ keçirib.

Araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər