Bu ilin I rübündə 17 işçinin əmək müqaviləsində qanunvericilik tələblərinin pozulması aşkarlanıb
Bu ilin birinci rübündə ödənişi gecikdirilmiş 80 min manatdan çox vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.
Bu barədə Operaqtiv Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Qeyd olunan vəsaitin 93 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.
Müraciətlərin araşdırılması zamanı Xidmət həmçinin 17 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib. Xidmətin gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net