Sahibə Qafarova Mövlud Çavuşoğluya başsağlığı verib
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin üzvü, TBMM-in NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğluya, atası Osman Çavuşoğlunun vəfatı ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb.
Operativ Media-ya bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.
Məktubda Milli Məclisin sədri bu ağır itki ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin adından və şəxsən öz adından başsağlığı verib, Mövlud Çavuşoğluya, mərhumun ailəsinə və yaxınlarına səbir və dözüm diləyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net