Dövlət sərhədində müşahidə edilən PUA zərərsizləşdirilib
Nərmin Qocamanlı
Aprel ayının 18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş aparatı vasitəsilə (PUA) İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.
DSX-dan Operativ Media-ya verilən məlumata görə, keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan kiçik ölçülü PUA vaxtında aşkarlanaraq zərərsizləşdirilmişdir.
Hadisə yerinə baxış zamanı ümumi çəkisi 543 qram narkotik vasitə (8 qram tiryək; 535 qram marixuana) götürülmüşdür.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net