18 Aprel 2025, 23:26
Azərbaycan ordusunda xidmət edən əsgərlərə hərbi təhsil imkanı yaranıb
Azərbaycan ordusunda xidmət edən əsgərlər hərbi kolleclərdə təhsil ala biləcəklər.
Azərbaycan ordusunda xidmət edən əsgərlərə hərbi təhsil imkanı yaranıb şəkil
Azərbaycan ordusunda xidmət edən əsgərlərə hərbi təhsil imkanı yaranıb

Müdafiə Nazirliyinin tabeliyində olan Milli Müdafiə Universiteti valideynlərə və hazırda xidmətdə olan əsgərlərə müraciət edib.

Operativ Media xəbər verir ki, müraciətdə bildirilib ki, ilk dəfə olaraq Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmət keçən şəxslər üçün təhsil almaq imkanı yaradılıb.

Belə ki, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə xidmət edən, 2024-cü ildə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 11-ci sinif buraxılış imtahanından yüksək nəticə əldə etmiş müddətli həqiqi hərbi qulluqçular (əsgərlər) üçün Bakı və Naxçıvan Hərbi Kolleclərində təhsil almaq imkanı təqdim ediləcəkdir. Müəyyən edilmiş meyarlara cavab verən yüksəkgöstəricili əsgərlərə Hərbi Kolleclərdə təhsil almaqla bağlı xidmət etdikləri hərbi hissələr tərfindən ətraflı məlumat veriləcək. Hərbi kolleclər üçün tələb olunan tibbi müayinədən keçən və göstəriciləri uyğun hesab edilən şəxslərin namizədliyi qeydə alınacaq.

İkiillik təhsil müddətində kursantlar Hərbi Kolleclərdə 9 peşə, 27 hərbi ixtisas üzrə təhsil alırlar.

İmtiyazlar:

Təhsil müddətində -

- əşya, ərzaq, tibbi sığorta, yaşayış yeri (yataqxana) təminatı;

- kursanta və onun ailə üzvlərinə ödənilən birdəfəlik və aylıq ödəmələr;

- dövlət hesabına xaricdə təhsil imkanı.

Xidmət müddətində -

- gizir hərbi rütbəsinin verilməsi;

- xidməti mənzil və ya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün pul kompensasiyasının təmin edilməsi;

- il ərzində birdəfəlik verilən maddi yardım, növbəti məzuniyyətə çıxarkən əlavə pul təminatı, qüsursuz hərbi xidməti nəzərə alınmaqla əsas vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı;

- özü və ailə üzvləri üçün güzəştli tibbi təminat;

- güzəştli ipoteka krediti (5 il xidmət etdikdən sonra, ipoteka yolu ilə alınan yaşayış sahəsinin dəyərinin 15 faizədək olan hissəsi dövlət tərəfindən maliyyələşdirilməsi);

- Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etdikdə dövlət vəsaiti hesabına mənzillə təmin olunması;

- karyerada davamlı yüksəliş.

Son xəbərlər
“Araz-2025” birgə təlimi davam edir - VİDEO
20 May 2025, 19:38
Ronaldo Portuqaliyanın Millətlər Liqası matçları üçün heyətinə daxil edilib
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
Bakı şəhərində GlobE Network-un Altıncı Plenar İclası keçirilir - YENİLƏNİB
Sahibə Qafarova İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb
Azərbaycan və Moldovanın tənzimləmə qurumları arasında memorandum imzalanıb
Azərbaycan Vindzor Atçılıq Şousunda Qarabağ atları və milli sənətlə təmsil olundu
Britaniya İsraillə ticarət danışıqlarını dayandırıb