19 Aprel 2025, 00:35
Suriya neft və qaz yataqlarının işlənməsində Azərbaycandan kömək istəyir
Suriya Azərbaycandan kömək istəyir.

Suriya hökuməti ölkənin şimal-şərqində neft və qaz yataqlarının işlənməsini Azərbaycana həvalə etmək istəyir.
Operativ Media xəbər verir ki, bu iddia ilə məşhur "Middle East Eye" nəşri çıxış edib.
Məlumata görə, Suriya lideri Əhməd əş-Şəraa ölkənin şimal-şərqində neft və qaz yataqlarının işlənməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevdən kömək istəyib.
Nəşr bildirir ki, Suriya hökuməti İsrailin yaxın müttəfiqi ilə belə bir addım atmaqla tarazlaşdırılmış siyasət həyata keçirməyə çalışır.
"Suriyada Azərbaycanın mövcudluğu İsraildə arxayınlıq yarada bilər"- məlumatda qeyd olunur.
O da bildirilib ki, neft və qaz yataqlarının işlənməsi SOCAR-a həvalə ediləcək.