Menyu

Bakıda toyda 32 nəfər zəhərlənib - YENİLƏNİB

Nərmin Qocamanlı
Bakıda toyda 32 nəfər zəhərlənib - YENİLƏNİB

19 aprel 2025-ci il 32 nəfər (23 qadın cinsli, 9 kişi cinsli) dəqiqləşdirilməmiş bakteriyal qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib. 

KTM-dən Operativ Media-ya verilən məlumata görə, dərhal xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub.

Zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb.

***
09:01

Bu gecə paytaxt Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Opeativ Media xəbər verir ki, zəhərlənmənin Venesiya şadlıq sarayında olduğu bildirilir.

TƏBİB-dən APA-ya verilən məlumata görə hadisə zamanı 25 nəfərin zəhərlənmə faktı qeydə alınıb.

Zərərçəkənlər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların konkret hansı yeməkdən zəhərləndiyi hələ ki, məlum deyil.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər