Menyu

Bakıda soyğunçuluq edən şəxs tutulub

Nərmin Qocamanlı
Bakıda soyğunçuluq edən şəxs tutulub
1 dəq oxu

Paytaxtın Suraxanı rayonunda talama cinayəti qeydə alınıb. 

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, rayonun Dədə Qorqud qəsəbəsi sakini olan bir nəfər qadının 100 manat pulu və 700 manat dəyərində mobil telefonu soyğunçuluq yolu ilə ələ keçirilib.

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərilə cinayət əməlini törətməkdə təqsirli bilinən 34 yaşlı O.Abbaszadə saxlanılıb. 

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər