Peruda daşqın və torpaq sürüşmələri nəticəsində 40 nəfər ölüb
Nərmin Qocamanlı
Cənubi Amerika ölkəsi Peruda leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 40 nəfər həyatını itirib.
"Operativ Media" xəbər verir ki, Peru mətbuatında yer alan xəbərə görə, Arekipa, Sekoça və Kamana əyalətlərində yağan güclü yağışlar nəticəsində çox sayda insan həyatını itirib.
Fövqəladə Əməliyyatlar Mərkəzi (COER) təbii fəlakətdə 40 nəfərin öldüyünü, 5 nəfərin isə itkin düşdüyünü bildirib.
Sürüşmə nəticəsində 5495 evin, 538 kilometr yolun və 34 körpünün zədələndiyi bildirilib.
Qeyd edilib ki, minlərlə insanın evsiz qaldığı daşqınlarda axtarış-xilasetmə işləri davam edir. Zərərlərin ən çox olduğu Arekipa bölgəsində fövqəladə vəziyyət elan edilib .
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net