Menyu

Azərbaycanda əsas kapitala xarici mənbələrdən 950 milyon manatdan çox​​​​​ vəsait yönəldilib

Azərbaycanda əsas kapitala xarici mənbələrdən 950 milyon manatdan çox​​​​​ vəsait yönəldilib

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 950,1 milyon manat​​​​​ vəsait yönəldilib.

Operativ Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,1 % çoxdur.

Hesabat dövründə xarici investisiyaların 936,5 milyon manatı (98,7 %-i) Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Böyük Britaniya, Türkiyə, İsveçrə, Rusiya, ABŞ, Yaponiya, İran, Fransa, Macarıstan və Hindistan sərmayədarlarına məxsus olub.

Mart ayında BƏƏ Azərbaycana yatırılan investisiyaların həcminə görə ilk dəfə olaraq birinci yerdə qərarlaşıb və 2025-ci ilin birinci rübündə Böyük Britaniyanı geridə qoyub.

Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 3 milyard 467,7 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 % az investisiya yönəldilib. Son 1 ildə neft-qaz sektoruna investisiyalar 24,2 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 2,4 % azalıb.

Teqlər:

"Az\u0259rbaycanda \u0259sas kapitala xarici m\u0259nb\u0259l\u0259rd\u0259n\u00a0950 milyon\u00a0manatdan \u00e7ox\u200b\u200b\u200b\u200b\u200b v\u0259sait y\u00f6n\u0259ldilib"

Əlaqəli Xəbərlər