Menyu

İran Türkiyəyə 10 təcili yardım qrupu göndərəcək

Nərmin Qocamanlı
İran Türkiyəyə 10 təcili yardım qrupu göndərəcək
1 dəq oxu

İran Kahramanmaraşda zəlzələdən zərər çəkmiş bölgələrə dəstək olmaq üçün Türkiyəyə 10 fövqəladə müdaxilə qrupu göndərəcək/

"Operativ Media" xəbər verir ki, İranın Mehr Xəbər Agentliyinin məlumatına görə, İran Qızıl Aypara Cəmiyyətinin prezidenti Pir Hüseyn Kulivend çərşənbə günü hər biri 8 nəfərdən ibarət 10 fövqəladə hallar qrupunun Türkiyəyə göndəriləcəyini açıqlayıb.

Kulivend bildirib ki, göndəriləcək İran Qızıl Ayparasının fövqəladə hallara müdaxilə qrupları da axtarış-xilasetmə avadanlıqları və yardım materiallarını özləri ilə aparacaqlar.

İranın göndərdiyi çadır və ərzaq paketləri kimi humanitar yardım materiallarını daşıyan hərbi yük təyyarəsi dünən Qaziantep hava limanına eniş edib.

Əlaqəli Xəbərlər