Nigeriyada binanın çökməsi nəticəsində 5 nəfər ölüb

Əsəd Abbaslı
Nigeriyada binanın çökməsi nəticəsində 5 nəfər ölüb
Hadisəyə səbəb binanın uzun müddət istifadəsiz qalmasıdır.

Nigeriyanın cənub-qərbindəki Laqos əyalətində üç mərtəbəli yarımçıq binanın uçması nəticəsində azı 5 nəfər ölüb, 15 nəfər isə xilas edilib.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin Milli Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, hadisəyə səbəb binanın uzun müddət istifadəsiz qalmasıdır. 

Yerli ekspertlər belə hadisələrin baş verməsini konstruksiyaların köhnəlməsi, tikinti qaydalarına əməl edilməməsi və keyfiyyətsiz tikinti materiallarından istifadə ilə əlaqələndirirlər.

Digər xəbərlər