08 Fevral 2023, 11:47
Avstraliya Tükiyəyə axtarış-xilasetmə qrupları göndərir
Avstraliya Tükiyəyə axtarış-xilasetmə qrupları göndərir şəkil
Avstraliya Tükiyəyə axtarış-xilasetmə qrupları göndərir

Avstraliyanın baş naziri Entoni Albanese ölkəsinin Türkiyədəki axtarış-xilasetmə işlərinə dəstək olmaq üçün ekspert qrupu göndərəcəyini açıqlayıb.

"Operativ Media" xəbər verir ki, Avstraliya mətbuatında yer alan xəbərə görə, Albanese parlamentin brifinq toplantısında axtarış-xilasetmə qruplarının mümkün qədər tez Türkiyəyə göndərilməsi üçün hazırlıqların davam etdiyini bildirib. 

Albanese, Avstraliya Milli Fövqəladə Halların İdarə Olunması Agentliyi, Yeni Cənubi Uels Dövlət Yanğın Xidməti, Xarici İşlər və Müdafiə nazirliklərinin axtarış-xilasetmə qrupunu göndərmək üçün koordinasiyada işlədiyini bildirib..

Avstraliya hökumətinin qida, sığınacaq və təcili ehtiyacları qarşılayacaq humanitar yardım üçün 10 milyon Avstraliya dolları (təxminən 132 milyon lirə) ayıracağına dair məlumatı paylaşan Albanese, "Bir çox avstraliyalının kömək etmək istədiyini bilirəm. Kömək etməyin ən təsirli yolu Qeyri-hökumət təşkilatları vasitəsilə ediləcək ianələrdir", - o, qeyd edib.

Son xəbərlər
Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
Gürcüstan ərazi bütövlüyünün bərpası yolunu açıqlayıb
Tramp sərəncamların sayına görə rekord qırıb
Səudiyyə Ərəbistanı müsəlman ölkələrinə təşəkkür edib
Samuxda süni sututarında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Türkiyə Ordusu dörd terrorçunu zərərsizləşdirib
Azərbaycan PL: "Şamaxı" Sumqayıt"ı əliboş yola saldı
Conson: Putini şoka salmaq vaxtıdır, yoxsa qalib gələcək