Menyu

Bakıda 26 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA

Bakıda 26 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA

Aprelin 23-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Operativ Media-ya  bildirilib ki, aprelin 23-ü saat 9:00-a olan məlumatına əsasən axşam və gecə saatlarında bəzi rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Belə ki, düşən yağıntının miqdarı Sədərəkdə 10, Şərurda 9, Naxçıvan, Şahbuz, Lerik, Tovuz, Balakən, Kəlbəcər, Culfa, Laçın, Füzuli, Zəngilan, Ordubad, Yardımlı, Cəlilabad və Yevlaxda 6 mm-dək təşkil edib.

Bəzi yerlərdə qərb küləyi əsib, küləyin sürəti Kəlbəcərdə 21 m/s, Daşkəsəndə 20 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 27, Aran rayonlarında 28, dağlıq rayonlarda isə 20 dərəcəyədək isti qeydə alınıb.

Teqlər:

"Bak\u0131da 26 d\u0259r\u0259c\u0259 isti qeyd\u0259 al\u0131n\u0131b - FAKT\u0130K\u0130 HAVA"

Əlaqəli Xəbərlər