Menyu

TƏBİB: Masallıda ana doğuş zamanı ölüb, araşdırma aparılır

TƏBİB: Masallıda ana doğuş zamanı ölüb, araşdırma aparılır
1 dəq oxu

23.04.2025-ci il tarixində saat 00:05 radələrində 1989-cu il təvəllüdlü şəxs 40 həftə 3 gün hamiləliklə Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Zəruri tibbi müayinələr aparılıb, doğuşun konservativ-gözləyici taktika ilə aparılması qərarına alınıb. Saat 03:00 radələrində hamilənin səhhətində qəfləti pisləşmə müşahidə olunub və aparılan zəruri reanimasiya tədbirlərinə baxmayaraq, 23.04.2025-ci il tarixində saat 03:26-da ölüm faktı qeydə alınıb.

Bu barədə Operativ Media-ya TƏBİB məlumat verib.

Hazırda ölümün ilkin səbəbinin müəyyənləşdirilməsi istiqamətində müvafiq araşdırmalar aparılır. 

Qeyd edək ki, ölümün birbaşa səbəbi yalnız məhkəmə-tibbi ekspertiza (təşrihin) nəticəsində mümkündür.

 

Əlaqəli Xəbərlər