Menyu

Bakıda piknik edə biləcəyiniz 10 məkan - SİYAHI

Nərmin Qocamanlı
Bakıda piknik edə biləcəyiniz 10 məkan - SİYAHI

Ölkə ərazisində havaların xoş keçməsi insanları sevindirir. İsti havalar bir çox məşğuliyyətlər üçün əlverişlidir. Belə məşğuliyyətlərdən biri də piknikdir. 

Piknik təbiətlə iç-içə olmaq, dostlarla və ya ailə ilə xoş zaman keçirmək üçün gözəl fürsətdir. Adətən pikniklər parkda, meşədə və ya çay kənarında edilir.

Paytaxt Bakıda da piknik etmək üçün kifayət qədər məkan mövcuddur.

Operativ Media Bakıda piknik etmək üçün 10 məkanı təqdim edir:

Böyükşor bulvarı

Koroğlu metrosuna yaxın ərazidə Böyükşor gölünün sahilində yerləşən bulvar tipli parkdır. Girişi pulsuzdur.
 

Nizami Gəncəvi parkı

 Xətai rayonunda yerləşən mədəniyyət və istirahət parkıdır. Girişi pulsuzdur.

 

Aida parkı

Buraya giriş pulludur. Giriş 1 nəfər üçün 0.50 azn təşkil edir.

 

Balıqlı göl

Piknik etmək üçün ödənişli məkanlardan biridir. Buraya giriş 1 nəfər üçün 5 azn təşkil edir. Sadə söhbətgah 10, taxtlı-döşəkli söhbətgah 30 AZN təşkil edir. Masaların yanında manqallar mövcuddur. Kabab üçün şiş 1, samovar 10, hazır çay 20 azn təşkil edir.

Burada balıq ovunda 3 saatlıq limit var.

 

Omar atçılıq mərkəzi

Buraya giriş 1 nəfər üçün 5 AZN təşkil edir. 3 yaşına qədər uşaqlara isə giriş pulsuzdur. Balıqçılıq üçün tilov 1 günlük 15 AZN-dir. Tutulan balığı aparmaq üçün hər kiloqrama 10 azn ödəniş tələb olunur.

 

Çəmbərəkənd parkı

Park Səbail rayonunda yerləşir. Parka giriş pulsuzdur. Əyləşmək üçün masalarda mövcuddur.

 

Nəbatət bağı

Bağa giriş 2 AZN-dir. Tələbər üçün isə bağa giriş bileti 0.50 azn təşkil edir. Bağa özünüzlə qida apara bilərsiniz.

 

Mərkəzi park

Köhnə Sovetski məhəlləsində, Abdulla Şaiq, Nəriman Nərimanov və Mirzə Ağa Əliyev küçələrində yerləşən bu parka giriş ödənişsizdir.

 

Dədə Qorqud parkı

Nərimanov rayonunda, ADA Universitetinin və Bakı zooparkının yanında yerləşir. Girişi pulsuzdur. Qayıqla gəzinti 5 azn təşkil edir.

 

Meşə-park

Yasamal rayonu ərazisində yerləşir. Girişi pulsuzdur.
 

Günay Nəcəfova

Teqlər:

"Bak\u0131da piknik ed\u0259 bil\u0259c\u0259yiniz 10 m\u0259kan - S\u0130YAHI"

Əlaqəli Xəbərlər