Menyu

Zəlzələdən sonra afterşoklar qeydə alınır

Əsəd Abbaslı
Zəlzələdən sonra afterşoklar qeydə alınır

Mərmərə dənizində bu gün Türkiyə vaxtı ilə saat 12:49-da qeydə alınan maqnitudası 6.2 olan güclü zəlzələdən sonra ərazidə afterşokların qeydə alınması davam edir.

Bu barədə Operativ Media-a AMEA nəzdində RSXM-nin Zəlzələlərin Tədqiqatı bürosundan bildirilib.

Məlumata görə, hazırda AMEA nəzdində RSXM-nin Zəlzələlərin Tədqiqatı bürosu tərəfindən qardaş ölkədə, zəlzələ bölgəsindəki vəziyyətin monitorinqi davam etdirilir və bölgədə afterşoklar qeydə alınır.

"Qeydə alınan təkanlar arasında maqnitudası 3-dən yuxarı olan təkanlarla yanaşı, zəif maqnitudalı təkanlar da var. Hazırda monitorinq davam etdirilir və afterşokların zəlzələ bölgəsində zəlzələ ocağı sönənə qədər müəyyən bir müddət davam edəcəyi ehtimal edilir", - məlumatda deyilir.

Teqlər:

"Z\u0259lz\u0259l\u0259d\u0259n sonra after\u015foklar qeyd\u0259 al\u0131n\u0131r"

Əlaqəli Xəbərlər