23 Aprel 2025, 23:21
Peskov: Rusiya heç kimə hücum etmək niyyətində deyil
Peskov Moskvanın münaqişə potensialının olmadığını qeyd edib.

Rusiya heç kimə hücum etmək niyyətində deyil.
Operativ Media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fransanın “Le Point” nəşrinə müsahibəsində bildirib.
"Belə bir planımız yoxdur. NATO-ya daxil olan Finlandiya və İsveçlə bizim heç bir problemimiz olmayıb və yoxdur", - Kreml nümayəndəsi qeyd edib.
O qeyd edib ki, Finlandiya ərazisində tədricən hərbi infrastruktur yaranır.
“Rusiya buna necə reaksiya verir? O, öz təhlükəsizliyini artırmaq üçün tədbirlər görür, bizim ordumuz bunu zəruri hesab edir”, – deyən Peskov Moskvanın münaqişə potensialının olmadığını qeyd edib.