Ukraynadan gələn 1700 qaçqın Hollandiyadan çıxarıla bilər
Əziz Əzizli
Hollandiya hakimiyyəti Ukraynadan qaçqın kimi ölkəyə gələn, lakin Ukrayna vətəndaşlığı olmayan 1700-ə yaxın üçüncü ölkə vətəndaşını ölkədən çıxara bilər.
Operativ Media xəbər verir ki, bu barədə NU portalı Krallığın Dövlət Şurasının qərarına istinadən məlumat yayıb .
Bu məlumat əsasında Dövlət Şurası qərara gəlib ki, krallığın miqrasiya orqanları Ukraynadan gələn üçüncü ölkə vətəndaşlarının qəbulunu dayandırmaq və Ukrayna vətəndaşlığı olmayan qaçqınları ölkədən çıxarmaq hüququna malikdir. Portalın qeyd etdiyi kimi, onların çoxu münaqişə başlamazdan əvvəl Ukraynada işləmiş və ya təhsil almış əcnəbi vətəndaşlardır.
Hollandiya İmmiqrasiya və Naturalizasiya Xidmətinin məlumatına görə, ölkədə Ukraynadan gələn 1700-ə yaxın üçüncü ölkə vətəndaşı var. Onların səltənəti nə vaxt tərk etməli olacaqları hələ də bəlli deyil.