İstanbulda zəlzələdən sonra 266 afterşok qeydə alınıb
Nərmin Qocamanlı
Dünən Mərmərə dənizinin İstanbul sahillərinə yaxın ərazisində baş verən 6,2 bal gücündəki zəlzələdən sonra 266 afterşok qeydə alınıb.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, bu gün yerli vaxtla saat 09:00-a qədər 0-4 bal arasında 258, 4-5 bal arasında 7, 5 və daha yuxarı gücdə 1 təkan olmaqla, ümumilikdə 266 afterşok qeydə alınıb.
Teqlər:
"\u0130stanbulda z\u0259lz\u0259l\u0259d\u0259n sonra 266 after\u015fok qeyd\u0259 al\u0131n\u0131b"