Menyu

Bəzi ərazilərə dolu düşəcək - XƏBƏRDARLIQ

Bəzi ərazilərə dolu düşəcək - XƏBƏRDARLIQ
1 dəq oxu

Aprelin 25-i bəzi şimal və qərb rayonlarında, 26-sı gündüz isə əsasən dağlıq ərazilərdə hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki) yağıntının arabir intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur.

Milli Hidrometeorologiya Xidmətindən Operativ Media-ya verilən məlumata görə, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Əlaqəli Xəbərlər