Menyu

Sabah Bakının iki rayonunda qaz olmayacaq

Sabah Bakının iki rayonunda qaz olmayacaq

Sabah Bakının Nərimanov və Sabunçu rayonlarının bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Operativ Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Nərimanov rayonu, Dəmirçizadə küçəsində qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində isə sayğacların giriş hissələrinin fleks üsulu ilə yığılması məqsədi ilə aprelin 25-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Nərimanov rayonunun Xətai prospektinin, Ə.Dəmirçizadə və Ə.Əlizadə küçələrinin, Sabunçu rayonunun isə H.Cavid, N.Axundzadə, Y.Əliyev, eləcə də M.Hacinski küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər