Menyu

Rusiyanın beynəlxalq ehtiyatları 25,5 milyard dollar artıb

Əsəd Abbaslı
Rusiyanın beynəlxalq ehtiyatları 25,5 milyard dollar artıb

Bu ilin 11-18 aprel tarixləri arasında Rusiyanın beynəlxalq ehtiyatları 25,5 milyard dollar artaraq, ümumilikdə 681,3 milyard dollar olub.

Operativ Media xəbər verir ki, məlumatı Rusiyanın Mərkəzi Bankı öz rəsmi saytında yayıb.

Beynəlxalq ehtiyatlar əsasən, yüksək keyfiyyətli xarici aktivlərdən ibarət olub, tənzimləyici və hökumət tərəfindən nəzarət edilən xarici valyutada saxlanılır.

Bu ehtiyatlar, həmçinin, Rusiyanın tədiyyə balansının kəsirini maliyyələşdirmək və rublun məzənnəsini sabitləşdirmək üçün valyuta bazarlarında müdaxilələrdə istifadə oluna bilər.

Aprelin 18-nə olan məlumata əsasən, Rusiyanın beynəlxalq ehtiyatları ötən həftə ilə müqayisədə 3,9 faiz artaraq 655,8 milyard dollardan 681,3 milyard dollara çatıb.

Teqlər:

"Rusiyan\u0131n beyn\u0259lxalq ehtiyatlar\u0131 25 5 milyard dollar art\u0131b"

Əlaqəli Xəbərlər