Mərmərə dənizində Silivri sahilində 6,2 maqnitudalı zəlzələdən sonra 291 afterşok qeydə alınıb.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) Mərmərə dənizində baş vermiş zəlzələ ilə bağlı yazılı bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub ki, onların əksəriyyəti zəif olub və saylarının azalması tendensiyası müşahidə olunur.