Menyu

Çin lideri Trampa zəng edib

Çin lideri Trampa zəng edib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin ona zəng edib.

Operativ Media xəbər verir ki, bu barədə o, “TIME” a müsahibəsində deyib.

Donald Tramp Çin liderinin tariflərlə bağlı onunla əlaqə saxladığını və administrasiyasının razılığa gəlmək üçün çinlilərlə aktiv danışıqlar apardığını bildirib: "Mən bunun onun adından zəiflik əlaməti olduğunu düşünmürəm”.

O, növbəti üç-dörd həftə ərzində tam sövdələşmələr cədvəlinin açıqlanacağını gözlədiyini bildirib.

Tramp hələ də tariflərin zəruri olduğuna əmin olduğunu vurğulayıb.

Teqlər:

"\u00c7in lideri Trampa z\u0259ng edib"

Əlaqəli Xəbərlər