Menyu

Bakıda sürücülər arasında yol üstündə dava düşüb, biri digərini öldürüb

Bakıda sürücülər arasında yol üstündə dava düşüb, biri digərini öldürüb
1 dəq oxu

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Baş Prokurorluğun Mətbuat xidmətinə Operativ Media-ya bildirilib ki, aprelin 25-də saat 08 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1978-ci il təvəllüdlü Maksim Əhmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Səlim Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Maksim Əhmədov iş üzrə şübhəli  şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

Əlaqəli Xəbərlər