Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək.
Operativ Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla milli mətbuatın 150 illik yubileyi geniş qeyd olunacaq.
Prezident Administrasiyası Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin keçirilməsini təmin edəcək, Nazirlər Kabineti isə yubiley tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı məsələləri həll edəcək.
Teqlər:
"Az\u0259rbaycan milli m\u0259tbuat\u0131n\u0131n 150 illik yubileyi ke\u00e7iril\u0259c\u0259k - S\u018fR\u018fNCAM"