08 Fevral 2023, 21:10
Türkiyədə zəlzələdən zərərçəkmiş vətəndaşlarımız Gürcüstandan keçməklə ölkəmizə təxliyə olunublar - YENİLƏNİB
Türkiyədə zəlzələdən zərərçəkmiş vətəndaşlarımız Gürcüstandan keçməklə ölkəmizə təxliyə olunublar - YENİLƏNİB şəkil
Türkiyədə zəlzələdən zərərçəkmiş vətəndaşlarımız Gürcüstandan keçməklə ölkəmizə təxliyə olunublar - YENİLƏNİB

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdə zərərçəkmiş Azərbaycan Respublikası vətəndaşları Gürcüstandan keçməklə ölkəmizə təxliyə olunublar.

"Operativ Media" xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları Türkiyədən təxliyə olunan vətəndaşlarımızı Türkiyə-Gürcüstan “Sarp” sərhəd-keçid məntəqəsində qarşılayıblar.

Vətəndaşlarımıza yolboyu yemək və digər xidmətlər göstərilib. Fevralın 8-də axşam saatlarında Azərbaycan vətəndaşları səfirlik əməkdaşlarının müşayiəti ilə “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsindən Vətənə yola salınıblar.

21:14

"Artıq bir neçə avtobusumuz Gürcüstan sərhədini keçib”.

"Operativ Media" xəbər verir ki, bunu açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.

Səfir bildirib ki, təxliyə olan vətəndaşlarımız qida ilə təmin olunur:

“Gürcüstanda da onlara yemək verilir. Bu gün də 200-dən çox vətəndaşın təxliyə olunacağını ehtimal edirik. Hər gün bir gün öncəki məlumatların əsasında avtobusların sayı müəyyənləşdirilir”.

APA

Son xəbərlər
Ağ Ev: Çinə birtərəfli tarif endirimi olmayacaq
Kreml: Zelenskinin istefasını tələb etmirik
Lökbatanda baş verən yol qəzası 2 nəfərin ölümünə səbəb olub
Peskov: Rusiya heç kimə hücum etmək niyyətində deyil
İranın nüvə ehtiyatları AEBA-nın daimi nəzarətindədir
Rusiya və BMT Livandakı gərginliyin azaldılması və humanitar yardım məsələlərini müzakirə edib
Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuşla telefon danışığı aparıb
Zəlzələdən sonra afterşoklar qeydə alınır