25 Aprel 2025, 21:24
Erməni sərhədçisi odlu silahdan açılan atəşlə həlak olub - YENİLƏNİB
Cinayət işi açılıb, ibtidai istintaq aparılır. 
Erməni sərhədçisi odlu silahdan açılan atəşlə həlak olub - YENİLƏNİB şəkil
Erməni sərhədçisi odlu silahdan açılan atəşlə həlak olub - YENİLƏNİB

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları bölməsinin müddətli həqiqi hərbi xidmət qulluqçusu A.A. Sünik vilayətində, ilkin məlumata görə, ona təhkim edilmiş avtomatdan açılan güllə nəticəsində ölüb.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Hadisənin baş vermə şəraitinin aydınlaşdırılması üçün cinayət işi açılıb, ibtidai istintaq aparılır. 

19:30

Ermənistanın Sünik vilayətində erməni sərhədçi minaya düşüb.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

İnsident nəticəsində sərhədçi ölüb.

Hadisənin necə və hansı şəraitdə baş verdiyi açıqlanmır.

Ermənistanın İstintaq Komitəsi sərhədçinin öldüyünü təsdiqləsə də, əlavə məlumat verməyib.

Son xəbərlər
II Liqa: "Füzuli" Region Liqasına düşdü
Lavrov Ermənistana səfər edib
“Araz-2025” birgə təlimi davam edir - VİDEO
20 May 2025, 19:38
Ronaldo Portuqaliyanın Millətlər Liqası matçları üçün heyətinə daxil edilib
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
Bakı şəhərində GlobE Network-un Altıncı Plenar İclası keçirilir - YENİLƏNİB
Sahibə Qafarova İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb
Azərbaycan və Moldovanın tənzimləmə qurumları arasında memorandum imzalanıb