NATO-nun hərbi xərcləri 1,3 trilyon dolları keçib

Əsəd Abbaslı
NATO-nun hərbi xərcləri 1,3 trilyon dolları keçib
2024-cü ildə təşkilat ölkələrinin hərbi xərcləri rekord həddə - 1,303 trilyon dollar təşkil edib ki, bunun da 818 milyard dollarını (64%) ABŞ xərcləyib.

NATO-ya üzv ölkələr 2024-cü ildə müdafiəyə 1,3 trilyon dollardan çox vəsait xərcləyib. Bu da 2023-cü illə müqayisədə 123 milyard dollar çoxdur.

Operativ Media xəbər verir ki, bu barədə təşkilatın illik hesabatında məlumat verilib.

Bildirilib ki, 2024-cü ildə təşkilat ölkələrinin hərbi xərcləri rekord həddə - 1,303 trilyon dollar təşkil edib ki, bunun da 818 milyard dollarını (64%) ABŞ xərcləyib.

NATO-ya daxil olan Avropa ölkələri və Kanadanın hərbi xərcləri 2023-cü illə müqayisədə 19,4% artaraq 468 milyard dollar təşkil edib. Hesablamalar 2021-ci ilin məzənnəsi ilə aparılıb.

2023-cü ildə alyansın müdafiə xərcləri 1,18 trilyon dolları keçib. 2024-cü ildə bu rəqəm 123 milyard dollar artıb. Hesabatda qeyd olunub ki, son 10 ildə NATO üzvlərinin ümumi hərbi xərcləri 700 milyard dollar artıb.

2014-cü ildə NATO bütün alyans ölkələrinin hərbi xərclərini 10 il ərzində ÜDM-nin 2%-nə çatdırması yönündə qərar qəbul edib.

Məlumata görə, təşkilatın 32 üzvündən 22-si bu tapşırığı yerinə yetirib.

Qeyd edək ki, iyunun sonunda keçiriləcək "Haaqa" sammitində hərbi xərclər üçün yeni həddi müəyyən edəcəyi gözlənilir ki, bu da 5%-i keçə bilər.

Digər xəbərlər