XİN: Krım və bütün işğal olunmuş ərazilər Ukraynadır

Əsəd Abbaslı
XİN: Krım və bütün işğal olunmuş ərazilər Ukraynadır
Nazirlik sülh planı ilə bağlı Ukraynanın üç əsas mövqeyini açıqlayıb.

"Heç bir ölkə Ukraynanın NATO və Aİ-yə üzvlüyünə mane ola bilməz"

Operativ Media-nın məlumatına görə, Ukrayna Xarici İşlər Nazirliyi ölkəsinin sülh planı ilə bağlı üç əsas mövqeyini açıqlayıb.

Nazirlik bildirib ki, Ukrayna heç vaxt öz ərazisinin heç bir hissəsini, o cümlədən Krımı, Rusiya kimi tanımayacaq.

Bundan əlavə, Ukrayna bəyan edib ki, heç bir üçüncü ölkə Ukraynanın NATO və ya Avropa İttifaqına üzv olmasına mane ola bilməz.

Nazirlik vurğulayıb ki, Ukrayna müdafiə sənayesinin və tərəfdaşlarının köməyini məhdudlaşdırmağa razı olmayacaq.

Digər xəbərlər