Şamaxıda mikroavtobus qəzaya uğrayıb
Əsəd Abbaslı
Şamaxıda mikroavtobus qəzaya uğrayıb.
Operativ Media xəbər verir ki, hadisə Şamaxı - Çöl Göylər - Padar avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində baş verib.
İlkin məlumata görə, hərəkətdə olan mikroavtobus naməlum səbəbdən yoldan çıxaraq qəzaya uğrayıb.
Hadisə nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir və Ağsu Rayon Mərkəzi Xəstəxanalarına yerləşdiriliblər.
Qəzanın başvermə səbəbləri və digər təfərrüatlar araşdırılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net