Menyu

Pakistan ordusu şimal-qərbdə altı terrorçunun öldürüb

Əziz Əzizli
Pakistan ordusu şimal-qərbdə altı terrorçunun öldürüb

Pakistan ordusu ən azı altı silahlını zərərsizləşdirib, daha dörd nəfər isə yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə Geo TV telekanalı 24 aprel 2025-ci il tarixində Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə Birləşmiş Xidmətinə (ISPR) istinadən məlumat yayıb.

Məlumata görə, aprelin 23-dən 24-nə keçən gecə Pakistan hərbçiləri Hayber-Paxtunxva əyalətinin Bannu dairəsində ekstremistlərə qarşı antiterror əməliyyatı keçirib. Onların hədəfi ölkədə qadağan olunmuş “Fitnə əl-Xavaric” qruplaşmasının döyüşçüləri olub (bu təşkilat əvvəllər “Tehrik-i-Taliban Pakistan” və ya “Pakistan Taliban Hərəkatı” adı ilə tanınırdı, 2024-cü ilin iyul ayının sonunda İslam Respublikasının hökumətinin qərarı ilə yenidən adlandırılıb). Tərəflər arasında baş verən qarşıdurma nəticəsində altı terrorçu məhv edilib, dördü isə yaralanıb. Atışmanın baş verdiyi ərazidə təmizləmə əməliyyatı davam edir.

ISPR-in məlumatına əsasən, hərbçilər arasında itki yoxdur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər