Menyu

Deputat: Bakıdakı tıxac və kanalizasiya problemləri kompleks şəkildə həll olunmalıdır

Operativ Media
Deputat: Bakıdakı tıxac və kanalizasiya problemləri kompleks şəkildə həll olunmalıdır
1 dəq oxu

Bakıda tıxac, kanalizasiya və sel sularının yaratdığı problemlərin aradan qaldırılması üçün xarici ölkələrin təcrübəsi öyrənilməli və xüsusi proqram hazırlanmalıdır.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Hesablayıcı komissiyasının sədri, deputat Eldar Quliyev parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, hökumət bu sahədə beynəlxalq təcrübəni öyrənərək mövcud problemlərin aradan qaldırılması üçün kompleks tədbirlər görməlidir.

E.Quliyev çıxışında işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məsələsinə də toxunub. O təklif edib ki, ilk növbədə təhsil müəssisələrinin yataqxanalarında məskunlaşmış keçmiş məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi təmin edilsin.

Deputatın sözlərinə görə, bu, həmin yataqxanaların ehtiyacı olan tələbələrin istifadəsinə verilməsi və onlar üçün daha əlverişli şərait yaradılması baxımından əhəmiyyətlidir.

E.Quliyev, həmçinin tikinti və təmir işlərinə ayrılan büdcə vəsaitlərinin bölgüsündə həqiqətən təmirə ehtiyacı olan küçə və yolların nəzərə alınmasının vacibliyini vurğulayıb.

Deputat 2027-ci ilin dövlət büdcəsi layihəsini dəstəklədiyini və lehinə səs verəcəyini bildirib.

Əlaqəli Xəbərlər