Menyu

Kanada Qəzzaya görə BMT-yə 72 milyon dollar bağışlayacaq

Əziz Əzizli
Kanada Qəzzaya görə BMT-yə 72 milyon dollar bağışlayacaq

Kanada hökuməti Qəzza zolağına ərzaq və digər humanitar yardımların alınması üçün BMT-yə 100 milyon Kanada dolları (72 milyon dollar) verəcək.

Operativ Media xəbər verir ki, bu barədə cümə günü ölkənin baş naziri Mark Karni məlumat verib.

O, sosial media hesabında "Kanada beynəlxalq hüququ müdafiə edir və bu yaxınlarda BMT-yə və digər etibarlı beynəlxalq tərəfdaşlara ərzaq və humanitar yardım göstərməkdə dəstək olmaq üçün Kanada dollarına yaxın 100 milyon dollar ayırıb", - deyə yazıb.

Karni həmçinin vurğulayıb ki, “İsrail tərəfindən qida siyasi alət kimi istifadə edilə bilməz və fələstinlilər radikal HƏMAS təşkilatının hərəkətlərinə görə məsuliyyət daşımamalıdırlar".

Bununla əlaqədar olaraq o, BMT strukturları vasitəsilə anklava humanitar yardımların çatdırılmasını bərpa etməyə çağırıb.

BMT-nin Ümumdünya Ərzaq Proqramı bildirib ki , sərhəd keçid məntəqələri bağlı qaldığı üçün Qəzza zolağında ərzaq ehtiyatları tükənib. 

Teqlər:

"Kanada Q\u0259zzaya g\u00f6r\u0259 BMT-y\u0259 72 milyon dollar ba\u011f\u0131\u015flayacaq"

Əlaqəli Xəbərlər