Menyu

Araz çayında suyun səviyyəsi artıb

Araz çayında suyun səviyyəsi artıb
1 dəq oxu

Araz çayının yuxarı axımında suyun səviyyəsində 41 sm artım müşahidə olunub.

Bu barədə Operativ Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, avtomat hidroloji stansiyaların aprelin 26-sı saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. Böyük Qafqaz ərazisindən axan Qusarçay-Kuzunda 31 sm, Əyriçay-Ağyazıdə 9 sm, Qudiyalçay-Qımılda 4 sm, Katexçay-Qəbizdərədə 3 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Həkəriçay-Balasoltanlıda 11 sm, Bərgüşadçay-Əliquluuşağıda 10 sm artım qeydə alınıb.

Əlaqəli Xəbərlər