08 Fevral 2023, 21:02
Roma Papasından Türkiyə və Suriya üçün çağırış
Roma Papasından Türkiyə və Suriya üçün çağırış şəkil
Roma Papasından Türkiyə və Suriya üçün çağırış

Roma Papası Fransisk Vatikanda rəsmi qəbul zamanı Suriya və Türkiyədəki zəlzələlərin qurbanlarına yardım etməyə dair çağırış edib.

"Operativ Media” xəbər verir ki, bu barədə “Vatican news” məlumat yayıb.

Pontifik dindarları zəlzələlərdən əziyyət çəkənlər üçün dua etməyə və zəlzələnin böyük dağıdıcı təsirinə məruz qalan bölgələrin sakinləri ilə həmrəylik göstərməyə çağırıb.

“Bütün qəlbimlə Türkiyə və Suriyadakı zəlzələdən əziyyət çəkən insanlarla qalıram. Ölənlər, eləcə də yaralılar, onların ailə üzvləri və xilasedicilər üçün dua edirəm. Qoy bizim konkret yardımımız onlara dəstək olsun”, - Roma Katolik Kilsəsinin rəhbəri bildirib.

Son xəbərlər
ABŞ-da güclü tufan çətinliklər yaradıb
İranda zəlzələ baş verib
Aİ Ukraynaya yeni hərbi yardım paketi ayıracaq
İranda zəlzələ baş verib
Xaçmazda avtomobil ağaca çırpılıb, ölən var
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
Fələstin prezidenti Makronla telefon danışığı aparıb
Göyçayda mənzildə meyit aşkarlanıb - YENİLƏNİB