Menyu

İtkin düşmüş yeniyetmə qızlar tapılıb, taksi sürücüsü saxlanılıb -YENİLƏNİB

İtkin düşmüş yeniyetmə qızlar tapılıb, taksi sürücüsü saxlanılıb -YENİLƏNİB
1 dəq oxu

Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Bu barədə Operativ Media-ya DİN məlumat verib.

Araşdırma DİN-in nəzarətinə götürülüb.

20:56

Maştağa qəsəbəsində itkin düşmüş şəxslər tapılıb.

Operativ Media-ya DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarışa aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar.

Hazırda onların qaçma səbəbləri və digər təfərrüatları araşdırılır.

Əlaqəli Xəbərlər