Azərbaycanda problemli kreditlər artıb
Bu il aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 481,6 milyon manat təşkil edib.
Operativ Media Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 0,3 % çoxdur.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 7,2 %, son 1 ildə isə 2,3 % artıb.
Martın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,6 % təşkil edib. Bu nisbət fevralın sonuna da 1,6 %, dekabrın sonuna 1,5 %, ötən il martın sonuna isə 1,9 % olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net