Yaponiya Türkiyəyə zəlzələ yardımını artıracaq
Nərmin Qocamanlı
Yaponiyanın baş naziri Kişida Fumio Yaponiya hökumətinin Kahramanmaraşdakı zəlzələlər üçün Türkiyəyə yardımı artıracağını bildirib.
"Operativ Media" xəbər verir ki, Milli parlamentin iclasında çıxış edən Yaponiyanın baş naziri fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərə görə hökumətin Türkiyəyə səmimi başsağlığı verdiyini bir daha bəyan edib.
Yaponiya hökumətinin Türkiyəyə xilasetmə qrupları göndərdiyini xatırladan Kisida, yerli əhalinin ehtiyaclarına uyğun olaraq lazımi yardımı artırmağı nəzərdən keçirdiklərini bildirib.
Zəlzələnin vurduğu ziyanla bağlı məlumat toplamağa davam edəcəklərini bildirən Kisida, bölgədə yaşayan yaponlara dəyən ziyanla bağlı məlumat almadıqlarını bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net