Menyu

Müəllimlər üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib

Müəllimlər üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib

Aprelin 27-də məktəb, lisey və kollec müəllimləri, eləcə də inzibati işçilərdən ibarət komandalar üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib. 

Bu barədə Operativ Media-ya Elm və Təhsil Nazirliyi məlumat verib.

Çempionat Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və Kapital Bankın dəstəyi ilə “Təhsil Oyunları Platforması” layihəsi çərçivəsində təşkil edilib. İki mərhələdən ibarət olan çempionatın ilkin seçim turu onlayn formatda baş tutub. 
Final mərhələsində Bakı, Gəncə, Goranboy, Quba, Cəbrayıl, Samux, Şəmkir, Hacıqabul, Zəngilan, Ağdam, Sumqayıt, Kəlbəcər, Gədəbəy, Xaçmaz, Biləsuvar, Saatlı, Xocavənd və Zərdab müəllimləri və inzibati işçilərindən ibarət 32 komanda yarışıb. 

4 turdan ibarət olan final mərhələsində iştirakçılara ümumilikdə 40 sual təqdim edilib. İlk 20 sualda topladıqları bala əsasən komandalar böyük və kiçik kubok uğrunda mübarizə aparıb. Böyük kubok oyununun nəticələrinə əsasən, Goranboy rayonunun "The Masters" komandası I, Beyləqan, Xocavənd, Füzuli rayonlarının birgə "Mil" komandası II, Hacıqabul rayonun "Xudmani" komandası III yerə layiq görülüb. 

Kiçik kubok uğrunda mübarizədə isə Gəncə şəhərinin "Kayzen" komandası I, Şəmkir rayonunun "Bayraktar" komandası II, Bakı şəhərinin "Sirius" komandası III yerə layiq görülüb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər