28 Aprel 2025, 14:02
Vilayət Eyvazov Tovuzda vətəndaşları qəbul edib
Daxili işlər naziri Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirib.
Vilayət Eyvazov Tovuzda vətəndaşları qəbul edib şəkil
Vilayət Eyvazov Tovuzda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 27-də və 28-də Tovuz Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

Bu barədə Operativ Media-ya DİN məlumat verib. 

Nazir əvvəlcə Tovuz şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.

Sonra Tovuz Rayon Polis Şöbəsində Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa  rayonlarından və digər bölgələrdən qəbula gələn 153 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.

Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.


Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarına xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Vətən müharibəsinin 36 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 191 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Son xəbərlər
MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasına yeni sədr seçilib
Azərbaycan və Türkiyə Orta Dəhliz üzrə əməkdaşlığı müzakirə edib
Sabah hava necə olacaq?
“Araz-2025” birgə təlimi uğurla başa çatıb - VİDEO
22 May 2025, 12:22
Bakı metropolitenində pik saatlarda interval azaldılıb
Darvin Nunes İspaniya klubunda oynamaq istəyir
İsrail səfiri: Azərbaycan yəhudi icmasının müdafiəsinə sadiqdir
İrəvan qazısının fəaliyyəti bərpa olunub, yeni qazı təyin olunub