İspaniyada fövqəladə vəziyyət elan olunub - YENİLƏNİB
Əsəd Abbaslı
İspaniya Daxili İşlər Nazirliyi elektrik kəsilməsindən sonra fövqəladə vəziyyət elan edib.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, müvafiq müraciət edən rayonlarda rejim qüvvədə olacaq.
Qeyd olunur ki, Madrid, Andalusiya və Ekstremadura artıq hökumətdən kömək istəyib.
Qeyd edək ki, dörd Aİ ölkəsi - Fransa, Belçika, İspaniya və Portuqaliya irimiqyaslı elektrik kəsilməsi ilə üzləşib.
15:51
İspaniya və Portuqaliyanın böyük hissəsində elektrik enerjisi kəsilib.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
İspaniya elektrik şəbəkələrinin monitorinq şirkəti olan "E-Redes" elektrik şəbəkələrini mərhələli şəkildə bərpa etmək üzərində işlədiklərini bildirib.
Qeyd edilib ki, ölkədəki xəstəxanalar və hava limanları generatorlarla işləyirlər.
Teqlər:
"\u0130spaniyada f\u00f6vq\u0259lad\u0259 v\u0259ziyy\u0259t elan olunub - YEN\u0130L\u018fN\u0130B"