Qəza Aeroport şosesində 1 saat sıxlığa səbəb olub - VİDEO
Baş verən yol-nəqliyyat hadisəsi səbəbindən müddəti təxminən 1 saat, uzunluğu isə 800 metr məsafədə nəqliyyat sıxlığı yaradıb
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov Operativ Media-ya bildirib ki, paytaxt yollarında nəqliyyatın ləngiməsinin, sürücülərin əlavə vaxt itkisi ilə qarşılaşmasının əsas səbəblərindən biri də yollarda qəzaların baş verməsidir. Xüsusilə də maddi zərərlə nəticələnən belə qəzalar səbəbindən dəqiqələrlə yollarda nəqliyyat sıxlığı yaranır.
Paytaxtın Sabunçu rayonu, Aeroport şosesində qeydə alınan bu qəza zamanı da mərkəz istiqamətində müddəti təxminən 1 saat çəkən nəqliyyat sıxlığı yaranıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net